Əfsanələrin döyüşü bitdi: Hollouey Makqreqoru devirdi VİDEO

12.07.2026

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az xəbər verir ki, Las-Veqasda keçirilən qarşılaşma birinci raundun 69-cu saniyəsində başa çatıb.

Beş ildən sonra oktaqona qayıdan Makqreqor döyüşün əvvəlində zərbə endirməyə çalışarkən sağ dizindən zədələnib. İrlandiyalı idmançı qarşılaşmanı davam etdirə bilməyib və hakim Holloueyin texniki nokautla qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, tərəflər ilk dəfə 2013-cü ildə qarşılaşıblar. Həmin döyüşdə Makqreqor hakimlərin yekdil qərarı ilə qalib gəlmişdi. Bu, irlandiyalının 2021-ci ildən sonra UFC-də ilk çıxışı olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью