Əfsanələrin matçında Barselona qələbə qazandı

01.09.2025

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Barselona"nın əfsanələri Meksikanın "Tigres" əfsanələrini məğlub edib.

Sportal.az xəbər verir ki, Kataloniya klubunun əfsanələri Monterrey şəhərində keçirilən oyunda "Tigres"in əfsanələri üzərində 3:2 hesablı əzmkar qələbə qazanıblar. Qarşılaşmanı təxminən 20 min tamaşaçı izləyib.

43 yaşlı "Barselona"nın sabiq hücumçusu David Vilya penaltidən iki dəfə fərqlənib – 45-ci və 59-cu dəqiqələrdə, 75-ci dəqiqədə isə qələbə qolunu vurub.

"Barselona"nın əfsanələri heyətində meydana çıxan futbolçular: Masip, Serxi Barxuan, Edmilson, Frank de Bur, Fernando Navarro, Mendieta, Edqar Davids, Rikardo Quareşma, Rivaldo, Xavyer Saviola, David Vilya, Xesus Anqoy, Xuan Pablo Sorin, Mark Valyente, Fillip Koku, Mark Krosas, Lyudovik Jyuli və Nolito.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью