Əfsanəni ötdü, MY tarixinin rekordçusu oldu

16.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

İngiltərə çempionatının 16-cı turunda "Mançester Yunayted" "Mançester Siti"yə qalib gəlib - 2:1.

Publika.az xəbər verir ki, "qırmızı şeytanlar"ın yarımmüdafiəçisi Bruno Fernandes matçda penaltini dəqiq yerinə yetirib. Portuqaliyalı futbolçu bununla klubu üçün Premyer Liqa matçlarında penaltidən 21-ci qolunu vurub. O, bu göstəriciyə görə “Yunayted”in rekordçusu olub.

Fernandes bu göstəricidə mançesterlilərin heyətində penaltidən 20 dəfə fərqlənən əfsanəvi Ueyn Runini ötüb.

Heybət

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью