Əfsanənin vida forması Video

22.09.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əfsanənin vida forması - Video

“İnter Mayami”nin hücumçusu Lionel Messi Argentina millisində keçirəcəyi vida matçında geyinəcəyi formanı nümayiş etdirib.

QOL.az xəbər verir ki, 39 yaşlı futbolçu oktyabrın 6-da Buenos-Ayresdəki “Monumental Antonio Vespusio Liberti” stadionunda Beninə qarşı sonuncu dəfə Argentina millisinin formasını geyinəcək.

Messi daha əvvəl milli komandadakı karyerasını başa vuracağını açıqlayıb. O, “Instagram” hesabında paylaşdığı videoda butslarını hazırlayaraq bir formasını digərilə dəyişib və “Sonuncu oyun... Ömürlük forma” sözlərini yazıb.

Vida matçı üçün hazırlanmış formada Messinin soyadı və 10 nömrəsi qızılı rəngdə əks olunub. “10” rəqəminin ətrafında isə Argentina bayrağında yer alan milli simvollardan biri - May günəşi təsvir edilib.

Qeyd edək ki, Messi 2005-ci ildən Argentina millisində çıxış edir. O, komandanın heyətində 2022-ci ildə dünya çempionu olub, 2021 və 2024-cü illərdə Amerika Kubokunu, 2022-ci ildə isə Finalissimada qalib gəlib.

Messi Argentina millisinin heyətində 207 oyunda 125 qol vurub. Bu göstərici milli komandalar tarixində ikinci nəticədir. Kriştiano Ronaldo isə Portuqaliya millisində 233 matçda 146 qolla rekordçudur.

Bizi İnstaqramda izləmək üçün kliklə!

View this post on Instagram

A post shared by Leo Messi (@leomessi)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью