Əfsanəvi aktyorlar eyni reklamda Fotolar

19.10.2025

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

Hollivudun əfsanəvi aktyorları Al Paçino və Robert De Niro “Moncler” brendinin “Warmer Together” (“Birlikdə daha isti”) adlı yeni reklam kampaniyasında iştirak ediblər.

Axşam.az xəbər verir ki, kampaniya dostluq, əlaqə və insan istiliyini simvolizə edir. Reklam çarxında aktyorlar lüks moda evinin qış kolleksiyasından geyimlərlə kamera qarşısına keçiblər.

Qeyd edək ki, Al Paçino və Robert De Niro uzun illərdir yaxın dostdurlar. Onlar bundan əvvəl “İrlandiyalı”, “Qətl hüququ”, “Qarşıdurma” və “Xaç atası 2” kimi filmlərdə birgə çəkiliblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью