Əfsanəvi boksçu öldü

22.03.2025

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əfsanəvi boksçu, amerikalı Corc Forman vəfat edib .

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 76 yaşlı idmançının hələlik ölüm səbəbi açıqlanmayıb.

C. Forman 1968-ci ildə Meksikada keçirilən Olimpiya Oyunlarının qalibi olub. O, 45 yaşında ağır çəkidə çempion titulunu qazanan ən yaşlı boksçu kimi tarixə düşüb.
Corc Forman dünya boks tarixinin ən böyük döyüşlərindən birinin - 1974-cü ildə Məhəmməd Əli ilə keçirilən və səkkizinci raundda uduzduğu "Cəngəllikdə gurultu" döyüşünün iştirakçısıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью