Əfsanəvi boksçu vəfat etdi

20.05.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliya idmanının əfsanəsi, keçmiş peşəkar boksçu və aktyor Covanni “Nino” Benvenuti 87 yaşında vəfat edib.

Axar.az xəbər verir ki, bir müddətdir ağır xəstəlikdən əziyyət çəkən dünya və olimpiya çempionu paytaxt Romada dünyasını dəyişib.

Nino Benvenuti WBC versiyası üzrə keçmiş Avropa və dünya çempionu, 1960-cı il Roma Olimpiadasının qızıl medalçısı olub. O, boks karyerasının sonuna yaxın iki italyan filmində rol alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью