Əfsanəvi cüdoçu Bakıya gəlməyəcək

14.01.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Fransalı cüdoçu, beşqat olimpiya çempionu Teddi Riner, çox güman, Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirini buraxacaq.

"Football-plus.az" xəbər verir ki, əfsanəvi idmançı sosial şəbəkə hesabında bunları yazıb:

“Əməliyyat yaxşı keçdi. Yenidən döyüşə girmək üçün gücümü bərpa edirəm”.


Sağ dirsəyindən əməliyyat olunan Rinerin bərpa müddətinin bir neçə ay çəkəcəyi gözlənilir. Bakıdakı “Böyük dəbilqə” turniri isə fevralın 14-16-sı aralığında keçiriləcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью