Icma.az, Kulis.az saytına istinadən bildirir.
2023-cü ildə vəfat edən məşhur britaniyalı futbol şərhçisi Con Motsonun səsi süni intellekt vasitəsilə yenidən yaradılacaq.
Kulis.az xəbər verir ki, onun ailəsi “EA Sports” şirkətinə rəqəmsal səs modelindən istifadə etməyə icazə verib.
Motsonun səsi futbol simulyatoru “FC 27”yə proqram yenilənməsi vasitəsilə əlavə ediləcək. Beləliklə, oyunçular yeni nəsil futbolçuların çıxışlarını mərhum şərhçinin tanış səsi ilə dinləyə biləcəklər.
Motson yarım əsrə yaxın BBC-də futbol oyunlarını şərh edib və fərqli səsi, emosional reaksiyaları ilə milyonlarla tamaşaçının yaddaşında qalıb. “EA Sports” onun 1996–2006-cı illər arasında futbol oyunları üçün yazılmış təxminən on illik səs arxivindən istifadə etdiyini açıqlayıb. Ailəsi bu addımı onun irsinin qorunması kimi qiymətləndirsə də, süni intellekt vasitəsilə vəfat etmiş şəxslərin səsinin yenidən yaradılması sosial şəbəkələrdə etik müzakirələrə səbəb olub.
Yeddi 100 otuz iki - Daşqın Eldarın yeni romanından bir hissə “Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı “Apple TV”də yeni dövr - Filmləri işarət dilində izləmək mümkün olacaq