Əfsanəvi futbolçu məşqçi oldu Şəkillər

18.09.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Əfsanəvi futbolçu məşqçi oldu - Şəkillər

Fransa millisinin və “Bavariya”nın sabiq futbolçusu Frank Riberi məşqçilik fəaliyyətinə başlamaq üçün mühüm addım atıb.

QOL.az xəbər verir ki, 43 yaşlı keçmiş yarımmüdafiəçi İtaliyanın məşhur Koverçano məşqçilik məktəbində təhsilini başa vurduğunu sosial şəbəkə hesabında açıqlayıb.

Riberi bununla bağlı yazıb: “Bu gün məni həm insan, həm də peşəkar kimi inkişaf etdirən bir yol başa çatır. Koverçanoda keçirdiyim illərdə həmişə qəlbimdə daşıyacağım insanlarla tanış oldum. Professorlara, bütün əməkdaşlara və bu unudulmaz təcrübəni mənimlə bölüşən yol yoldaşlarıma təşəkkür edirəm.

Bu gündən etibarən əsl məşqçiyəm. Artıq driblinq və assist yoxdur. Amma sizə şou və yüksək tempdə futbol vəd edirəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью