Əfsanəvi futbolçunun oğlu Azərbaycan klubunda

11.09.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Oxu.Az xəbər verir ki, gənc futbolçu Aaron Maluda Fransanın "Lill" klubundan bir illik icarəyə götürülüb.

Maluda Fransanın "Lion" klubunun yetirməsidir. 19 yaşlı futbolçu karyerası ərzində "Lill", "Renn" və "Nim" klublarının ikinci və əsas komandalarında oynayıb.

Vinger mövqeyində çıxış edən Aaron, Fransanın U-19 millisinin də üzvü olub.

Qeyd edək ki, Aaron Maluda Fransa millisinin və İngiltərənin "Çelsi" klubunun əfsanəsi Floran Maludanın oğludur.

Əfsanəvi futbolçunun oğlu Azərbaycan klubunda

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью