Əfsanəvi hokkeyçidən açıqlama: Pittsburq a sadiqəm

28.01.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Əfasnəvi hokkeyçi Sidney Krosbi "Pittsburq Pinqvinz"i tərk etməsi ehtimalına aydınlıq gətirib.

İdman.biz xəbər verir ki, 37 yaşlı idmançı komandanı ayrılmaq niyyətində olmadığını deyib.

"Bu söhbətlərə görə narahat deyiləm. Daima "Pittsburq"da oynayacam. Burada olmaq üçün komanda ilə yeni müqavilə imzalamışam. Bu baxımdan "Pittsburq"a sadiqəm", - deyə Krosbi açıqlamasında bildirib.

Qeyd edək ki, Sidney "pinqivinlər"lə 3 dəfə Stenli kubokunun qalibi olub. O, bu mövsümdə 52 oyunda 53 (15 qol+38 ötürmə) xal toplayıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью