Əfsanəvi idmançı Bakıya gəlməyə bilər İdman və Biz

04.01.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Cüdo üzrə beşqat Olimpiya çempionu Teddi Riner yaxın aylarda tatamidən uzaq qalacaq.

İdman.biz xəbər verir ki, əfsanəvi idmançı sağ dirsəyindən əməliyyat olunub və indi bərpa kursu keçəcək.

Böyük ehtimalla Riner fevralda Paris və Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirlərində iştirak edə bilməyəcək.

O, Paris-2024 Yay Olimpiadasında ağır çəkidəə (+100 kq) üçüncü fərdi Olimpiya titulunu və ikinci komanda çempionluğunu qazanıb. Sonra Los-Ancelesdə keçiriləcək növbəti olimpiadaya kimi karyerasını davam etdirəcəyini bildirib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью