Əfsanəvi ifaçı karyerasını sonlandırdı

27.11.2024

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məşhur amerikan ifaçı Çer (Cher) 61 illik səhnə karyerasını başa vurduğunu açıqlayıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 78 yaşlı əfsanəvi ifaçı hazırda yeni mahnılardan ibarət albom hazırlayır. O, bu albomun karyerasının son işi olacağını açıqlayıb.

"Bu, yəqin ki, hazırladığım son albomdur. Çox həyəcanlıyam. Hamısı əla mahnılardır və bunu etdiyim üçün sevinirəm", - Çer bildirib.

İfaçı qocaldığı üçün səhnədən getdiyini bildirib.

Qeyd edək ki, karyerası ərzində yüz milyondan çox albomu satılan Çer Qrammi, Emmi, Oskar və üç Qızıl Qlobus mükafatı laureatıdır.

"Vətəndaş A" serialına görə İTV-yə xəbərdarlıq edildi İdmançının sevgilisi - Günün hekayəsi Kinomuzun kişi üzü - Anım
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью