Əfsanəvi italiyalı Ərəb Əmirliklərində baş məşqçi oldu

25.07.2025

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

İtaliya millisinin əfsanəsi Andrea Pirlo Birləşmiş Ərəb Əmirliyinin "United" futbol klubunun baş məşqçisi olub.

Lent.az xarici mediaya istinadən məlumat verir ki, 45 yaşlı mütəxəssis daha əvvəl "Yuventus", "Sampdoriya" və Türkiyənin “Fatih Karagümrük” klublarında çalışsa da, 1 mövsümdən artıq əvvəlki vəzifələrinin heç birində qalmayıb.

Mətbuatın yazdığına görə, Pirlo BƏƏ klubu ilə 2 illik müqavilə imzalayıb. Andrea üçün bu, onun Yaxın Şərqdə ilk iş təcrübəsidir.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью