Əfsanəvi Lionel Messi və dünya ulduzları ilə görüşə həsr olunan tədbir başlayıb

11.12.2024

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı Kristal Zalında futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Xordi Albanın görüşünə həsr olunan tədbir başlayıb.

"Report"un məlumatına görə, öncə səhnədə “Natiq” ritm qrupu çıxış edib. Daha sonra dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam konsert proqramı baş tutub.

Qeyd edək ki, tədbirə bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью