Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dekabrın 11-də futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Xordi Alba Bakı Kristal Zalında fanatları ilə görüşüblər.
Oxu.Az xəbər verir ki, minlərlə fanatın qatıldığı tədbirə Bakının uşaq evlərinin sakinləri, sağlamlıq imkanları məhdud uşaqlar və şəhidlərimizin övladları da dəvət olunublar.
Qeyd edək ki, tədbirdə bilet satışından əldə olunan vəsait isə xeyriyyə məqsədinə yönəldiləcək.
Mərahim Nəsib