Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
İtaliyanın "Latsio" klubu A Seriyasının digər təmsilçisi "Atalanta"da forma geyinən Daniel Maldinini transfer etmək üzrədir.
Milli.Az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, paytaxt təmsilçisi əfsanəvi italiyalı müdafiəçi Paolo Maldininin 24 yaşlı oğlunu satınalma hüququ ilə icarəyə götürəcək.
Yarımmüdafiəçi 2025/2026 mövsümündə Berqamo klubunun heyətində bütün turnirlərdə 11 matça çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. /"Report"
Milli.Az