Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İtaliya Futbol Federasiyasının yeni texniki direktoru bəlli olub.
Axar.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə ölkənin əfsanəvi futbolçusu Paolo Maldini gətirilib.
Onunla 4 illik müqavilə nəzərdə tutulub.
İtaliya futbol tarixinin əfsanələrindən sayılan Maldini karyerası ərzində "Milan"da çıxış edib. Keçmiş müdafiəçi yığmanın heyətində 126 oyunda 7 qolla yadda qalıb.
O, həmçinin dünya çempionatında bir dəfə gümüş və eyni sayda bürünc medal qazanıb.