Icma.az, Axar.az saytına istinadən bildirir.
Əfsanəvi məşqçi Lui van Qal "Ayaks"la yollarını ayırıb.
Axar.az xəbər verir ki, bu barədə Niderland təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mütəxəssis 2023-cü ildən klubun Müşahidə Şurasında futbol məsələləri üzrə məsləhətçi kimi çalışırdı.
Qeyd edək ki, 74 yaşlı mütəxəssis karyerası ərzində İspaniyanın "Barselona", Almaniyanın "Bavariya" və İngiltərənin "Mançester Yunayted" klublarında baş məşqçi vəzifəsini yerinə yetirib.