Əfsanəvi məşqçi Real ı çalışdırmaq istəyir

17.04.2025

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Yurgen Klopp futbola qayıda bilər.

Metbuat.az xəbər verir ki, “Liverpul”dan ayrıldıqdan sonra “Red Bull”da Qlobal Futbol Rəhbəri olan Yurgen Klopp məşqçi işləmək istəyir. Məlumata görə, Klopp “Red Bull”dakı işindən məmnun deyil. “Sport”un xəbərinə görə, "Real Madrid" Karlo Ançelottinin əvəzləyicisi kimi Yurgen Kloppu nəzərdən keçirir. Məlumata görə, Klopp "Real Madrid"də və ya Braziliya millisində işləmək istəyir. Bildirilir ki, hələlik heç bir komanda alman məşqçiyə təklif göndərməyib.

Qeyd edək ki, Karlo Ançelottinin mövsümün sonunda “Real”dan istefaya göndərəlicəyi irəli sürülüb. Onun Braziliya millisində işləyə biləcəyi qeyd edilir. Xabi Alonsonun da “Real”da işləyə biləcəyi barədə iddialar var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью