Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

11.11.2026

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"The Beatles" qrupunun keçmiş üzvü, 84 yaşlı Pol Makkartni rəsmən milyarderlər sırasına daxil olub.

Kulis.az xəbər verir ki, "Forbes" jurnalının son hesablamalarına görə, əfsanəvi musiqiçinin şəxsi sərvəti 1,4 milyard dollara çatıb.

Bu göstərici ilə Makkartni Jay-Z (2,8 milyard dollar) və Teylor Sviftdən (2 milyard dollar) sonra dünyanın ən varlı üçüncü musiqiçisi ünvanına yiyələnib.

Sənətçi musiqi fəaliyyətini də aktiv şəkildə davam etdirir. O, bu il 20-ci solo albomu olan "The Boys of Dungeon Lane"i təqdim edib və karyerasında ilk dəfə "Mercury Prize" mükafatına namizəd göstərilib.

2028-ci ildə isə Liverpulda "The Beatles" həvəskarları üçün nəhəng interaktiv muzey-təcrübə mərkəzinin açılması planlaşdırılır.

Kino Agentliyindən xəbərdarlıq: "“44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər" Suyun altında qədim amforalar tapıldı Gizlicə ölkədən çıxarılan İran filmi nümayiş olundu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью