Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“BBC” tərəfindən əfsanəvi "The Beatles" qrupunun ilk illərinə həsr olunan "Hamburg Days" serialının çəkilişlərinə Liverpul şəhər mərkəzində başlanılıb.
Kulis.az xəbər verir ki, 6 seriyadan ibarət olacaq ekran işində qrupun hələ dünya şöhrəti qazanmadığı dövrlər ekranlaşdırılacaq.
Qrup üzvlərinin Almaniyadakı fəaliyyəti və onların dünya musiqi nəhənginə çevrilmə yolu işıqlandırılacaq.
Ssenarisi "Succession" serialının ssenaristlərindən Ceymi Karraqer tərəfindən qələmə alınan layihə 1960-cı ildə Hamburqda qrupla tanış olan rəssam Klaus Vormannın xatirələri əsasında hazırlanıb.
"BBC One" və "BBC iPlayer" platformalarında yayımlanacaq serialın dəqiq nümayiş tarixi hələ ki, açıqlanmayıb.