Əfsanəvi Robin Hudun sığınacağı olan qədim palıd ağacı qurudu

20.06.2026

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərənin Şervud meşəsində yerləşən və əfsanəvi qəhrəman Robin Hudun gizləndiyi yer olaraq bilinən 1200 yaşlı məşhur "Major Oak" (Böyük Palıd) ağacı məhv olub.

"Euronews" xəbər verir ki, Kral Quşları Qoruma Cəmiyyəti (RSPB) bu bahar ağacın yarpaq açmadığını və rəsmən quruduğunu təsdiqləyib.

Mütəxəssislərin fikrincə, çoxəsrlik ağacın ölümünə tək bir səbəb deyil, iqlim dəyişikliyi, quraqlıq və onu görməyə gələn milyonlarla turistin torpağı sıxlaşdıraraq köklərini qidasız qoyması təsir edib.

Qeyd edək ki, tarixi abidə kimi qorunan palıd ağacı bundan sonra da meşə ekosisteminə fayda verməyə davam edəcək.

Vamiq Məmmədəliyevin 80 illik yubileyi qeyd olundu İkram ilә sәcdә qılar altmış üç adam nәdәn? - Aşıq Alı Keyt Blanşett Oksford Universitetinin professoru oldu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью