Əfsanəvi Ronaldinyo Bakıya COP29la bağlı səfərindən paylaşım edib

14.11.2024

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Braziliya millisinin və "Barselona" klubunun sabiq futbolçusu Ronaldinyo Qauço Azərbaycana səfəri ilə bağlı paylaşım edib.

Oxu.Az xəbər verir ki, o, şəxsi "Instagram" hesabında COP29 çərçivəsində səfər etdiyi Bakıda keçirdiyi görüşləri əks etdirən görüntüləri izləyiciləri ilə bölüşüb.

View this post on Instagram

A post shared by Ronaldo de Assis Moreira (@ronaldinho)

Xatırladaq ki, Ronaldinyo səfəri zamanı Azərbaycan futbol klublarının yeniyetmə futbolçuları ilə, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşüb və BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) iştirak edib.

Qeyd edək ki, Ronaldinyo noyabr ayının 12-də Bakıya gəlib, bu gün isə səfərini başa vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью