Əfsanəvi Son Milad mahnısı yenidən bir nömrə oldu

23.12.2024

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Britaniyanın “Wham” qrupu tərəfindən 40 il əvvəl lentə alınan “Last Christmas” mahnısı hit-paradlarda birinci olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Corc Mayklın ifa etdiyi Yeni il mahnısı İngiltərədə yenidən birinciliyə yüksəlib.

Bildiririk ki, mahnı 1984-cü ildə George Michael və Andrew Ridgeley tərəfindən buraxılıb.

Mahnının uğurunu təbrik edən qrup üzvü Endryu Ridceli deyib: “Mən Corc üçün xüsusilə şadam. O, çox sevinərdi. Möhtəşəm Milad mahnısı elə klassikaya çevrilib ki, Milad bayramının vazkeçilməz hissəsinə olub”.

Son Milad təkcə Böyük Britaniyada deyil, bütün dünyada çox məşhurdur.

Rəqəmsal musiqi platformalarında gündəlik 7,7 milyon yayıma çatan mahnı, ABŞ single siyahısında 4-cü yerdədir.

Yeni il mövsümünün simvoluna çevrilən bu mahnı hər il daha çox dinləyiciyə çatır və musiqi aləmində əbədi iz qoyur.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью