Əfsanəvi stadionun ot örtüyü satışa çıxarıldı

25.09.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Mançester Yunayted” azarkeşləri üçün qeyri-adi kolleksiya məhsulunu satışa çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, klub əfsanəvi “Old Trafford” stadionunda istifadə olunan ot örtüyünün parçalarını xüsusi məhsul kimi təqdim edir.

Rəsmi klub məhsulu kimi satışa çıxarılan ot örtüyü şəffaf kub formasında xüsusi qutuda təqdim olunur. Məhsul “Mançester Yunayted” azarkeşləri və kolleksiyaçılar üçün nəzərdə tutulub.

Məhsulun qiyməti 165 dollar müəyyən edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью