Əfsanəvi tennisçidə xərçəng aşkarlanıb

04.09.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

11-qat "Böyük Dəbilqə" çempionu, dünyanın keçmiş bir nömrəli raketkası, əfsanəvi isveçli tennisçi Byorn Borq prostat xərçəngindən əziyyət çəkir.

İdman.biz bildirir ki, bu barədə Borq özünün avtobiqrafik "Ürəyin döyünməsi" kitabında yazıb.

Borqun artıq bəzi fraqmentləri paylaşınan kitabının rəsmi təqdimat mərasimi sentyabrın 18-nə planlaşdırılıb.

İsveçli altı dəfə "Rolan Qarros"da qalib gəlib və 5 dəfə "Uimbldon"un çempionu olub. 1987-ci ildə o, Beynəlxalq Tennis Şöhrət Zalına daxil edilib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью