Əfsanəvi yarış avtomobili satışa çıxarıldı FOTO

03.01.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

"RM Sotheby's" hərracında 1957-ci ilin əfsanəvi "Chevrolet Corvette SS Project XP-64" yarış avtomobili satılır.

Avtosfer.az auto.ru-ya istinadən xəbər verir ki, o 1967-ci ildən indianapolis Avtomobil Muzeyinin kolleksiyasındadır.

Mütəxəssislər lotun qiymətinin 5-7 milyon dollar arasında ola biləcəyini düşünürlər.

Avtomobil ən əfsanəvi yarış korvetlərindən biri hesab olunur. Onun hazırlanmasına 1957-ci ilə qədər uğurlu yarışçı kimi şöhrət qazanmış Zora Arkus-Dantov rəhbərlik edib.

"Corvette SS Project XP-64"ün çəkisi 839 kiloqramdır. O 4,6 litrlik V8 yanacaq mühərriki ilə təchiz edilib və təxminən 300 at gücünə malikdir.

(oxu.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью