Əfsanəvi yarışma geri qayıdır

15.03.2025

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin əfsanəvi yarışmalarından olan "Yetenek Sizsiniz Türkiye" yenidən başlayır.

"Cebheinfo.az" xəbər verir ki, layihə rəhbəri bu dəfə Acun Ilıcalı olmayacaq.

Belə ki, layihənin yayım haqları "03 Medya" tərəfindən satın alınıb. Üstəlik, bu dəfə dünyada bir ilkə də imza atılacaq.

Yəni sözügedən proqram həm telekanalda, həm də rəqəmsal platformada nümayiş olunacaq. 

Daha dəqiq desək, sevilən yarışma proqramı "Now TV"də və "Disney Plus"da yayımlanacaq. 

Yay aylarında başlayacaq olan "Yetenek Sizsiniz Türkiye"nin ilk münsifi də bəlli olub. Uzun müddətdir ekranlardan uzaq olan məşhur aktrisa Eda Ece bu layihədə münsif kimi iştirak edəcək.

Elmir Mustafa
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью