Əfsanəyə vida De Kolo karyerasını başa vurdu

21.06.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

Fransalı basketbolçu Nando De Kolo peşəkar karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, bu barədə “Fənərbaxça Beko”nun yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, 2006-cı ildə peşəkar basketbol karyerasına başlayan və qazandığı uğurlarla Avropa basketbolunun əfsanələri sırasında yer alan De Kolo son oyununa Türkiyə çempionluğu ilə çıxıb.

Təcrübəli oyunçu 2019-2022 və 2025-2026-cı illərdə “Fənərbaxça”nın formasını geyinib.

İstanbul təmsilçisi açıqlamasında basketbolçuya Avropa basketboluna və kluba verdiyi töhfələrə görə təşəkkür edib, onun hər zaman “Fənərbaxça” ailəsinin bir parçası olaraq qalacağını vurğulayıb.

Qeyd edək ki, 38 yaşlı basketbolçu karyerası ərzində Avroliqa, Fransa, Rusiya və Türkiyə çempionatlarında çoxsaylı titullar qazanıb.

O, həmçinin Fransa millisinin heyətində Avropa çempionu olub, Olimpiya Oyunları və dünya çempionatlarında medallar əldə edib.

Azərbaycanın oğlan basketbolçulardan ibarət U-20 millisi Tbilisidə iki qələbə qazanıb Lukas Qrabauskas “Sabah”da - RƏSMİ 53 illik həsrət bitdi - “Nyu York Niks” çempion! “Nyu-York”dan dramatik geridönüş: 29 xaldan Seçməmiz dünya dördüncüsü olub - YENİLƏNİB
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью