Efstatios Sideris : COP29un təşkilatçılığı yüksək səviyyədədir AZƏRTAC

15.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 15 noyabr, AZƏRTAC

Bakıda qonaq olduğum üçün çox xoşbəxtəm. Şəhərin gözəlliyi və insanların qonaqpərvərliyi məni valeh etdi. Bir sözlə burada olmaqdan məmnunam.

Bu sözləri AZƏRTAC-a açıqlamasında "Econergy Renewable Energy LTD"də Yunanıstan üzrə ölkə meneceri Efstatios Sideris söyləyib.

"Ev sahibi COP29-da hər şeyin yüksək səviyyədə olması üçün maksimum səy göstərib. Onlar hər şeyi qaydasında və yaxşı bir şəkildə təşkil ediblər",-deyə o vurğulayıb.

Efstatios Sideris bildirib ki, Bakıda keçirilən COP29-da liderlərin vacib qərarlar qəbul etmələrini, riskləri və qlobal mənfi təsirləri azaltmaq üçün strategiyalar həyata keçirmələrini ümid edir. O, yaşıl enerji istehsalının genişləndiriləcəyinə inandığını da deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью