Əfv edilən yeganə qadın məhkum o oldu Video

23.09.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Prezidentin Sərəncamı ilə əfv edilmiş Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, xanım məhkum bu gün 4 saylı Cəzaçəkmə Müəssisəsindən azad edilib.

Ədliyyə nazirinin müavini general-mayor Oqtay Məmmədov keçmiş məhkuma gələcək həyatında uğurlar arzu edib.

Sonia əfv Sərəncama görə ölkə başçısı İlham Əliyevə təşəkkürünü bildirib.

Qeyd edək ki, Sabir Sonia bu gün əfv edilən yeganə qadın məhkumdur. O, quldurluqda təqsirli bilinərək, 8 il həbs cəzasına məhkum edilib. Cəzasının çəkilməmiş 6 ayından azad olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью