Əfv edilənlərdən 10 u qadındır

26.05.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Prezidentin imzaladığı Əfv Sərəncamının şamil edildiyi 220 nəfərdən 10-u qadındır.

“Qafqazinfo” xəbər verir ki, onlardan 5 nəfər həbsxanadan azadlığa buraxılacaq.

1 nəfər islah işləri cəzasına məhkum edilərək cəzanın çəkilməmiş hissəsindən azad edilib, 2 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və cəzalarının çəkilməsi təxirə salınaraq cəzadan azad edilib, 2 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Qeyd edək ki, Azərbaycanda həbsdə saxlanılan şəxslərdən 2,9 faizi qadındır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью