Əfv Komissiyası iclaslarını bərpa edir Bu tarixdə…

07.04.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası iclaslarını bərpa edir.

Bakıvaxtı.az-ın əldə etdiyi bu həftə komissiyanın növbəti iclası keçiriləcək.

Əfv Komissiyasının üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcid Bakıvaxtı.az-a növbəti iclasın aprelin 9-da keçiriləcəyini deyib.

Onun sözlərinə görə, iclas ay ərzində davam edəcək və sənədləşmələr yekunlaşdırıldıqdan sonra siyahı Prezidentə təqdim ediləcək.

“Böyük ehtimalla, may ayında əfv sərəncamı olacaq”, – deyə Rəşad Məcid bildirib.

Qeyd edək ki, Novruz Bayramında əfv gözlənilsə də, komissiya işini yekunlaşdırmamışdı.

Onu da bildirək ki,Əfv Komissiyasının 2025-ci il üçün dördüncü iclası martın 12-də keçirilib. İclasda əsasən yol-nəqliyyat hadisələri ilə bağlı məhkum olunmuş şəxslərin müraciətlərinə baxılıb. Bununla da komissiyanın bu il keçirilən iclaslarında baxılan müraciətlərin sayı 400-ü keçib.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью