Əfv Sərəncamından yararlanan şəxs: Cəzamın çəkilməmiş yeddi ayı bağışlanıb

26.05.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Mən qəsdən sağlamlığa zərərvurma maddəsi ilə həbs olunmuşdum. Cəzamın 2 il 5 ayını çəkmişəm, cəzamın çəkilməmiş yeddi ayı bağışlanıb".

Bunu Oxu.Az-a açıqlamasında Əfv Sərəncamından yararlanan Əkbər Rəhimov deyib.

O bildirib ki, bundan sonra öz işinə davam edəcək:

"Aşpaz işləyirdim. Yenidən öz işimə davam edəcəyəm. Çox sevinirəm. Cənab Prezidentə təşəkkür edirəm ki, bizi əfv edib, ailəmizə qovuşdurdu".

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью