EG: “Bədii gimnastikada emosional bir neçə gün” FOTO İdman və Biz

18.12.2024

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa Gimnastikası (EG) həftənin mühüm hadisələrinin icmalını hazırlayıb.

İdman.biz xəbər verir ki, burada bəzi aparıcı idmançıların, o cümlədən uzun müddət Azərbaycan komandasının lideri olmuş Zöhrə Ağamirovanın karyerasını bitirməsi ilə bağlı xəbərlər xüsusi yer tutub.

EG-nin sosial şəbəkədə paylaşımında bildirilib ki, bədii gimnastika dünyasında emosional bir neçə gün olub: "Ötən həftə Boryana Kaleyn idmandan getdiyini açıqladı. Bu həftə Zöhrə Ağamirova təsdiqlədi ki, o da karyerasını bitirir”.

Qurum bədii gimnastika ilə bağlı digər hadisələr arasında Olimpiya çempionu Daria Varfolomeyevin Almaniyada “İlin idmançısı” nominasiyasında qalib gəlməsini də qeyd edib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью