“Əgər atəşkəs pozularsa...” Netanyahudan xəbərdarlıq

29.11.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinə Livanda atəşkəsin pozulacağı təqdirdə tammiqyaslı müharibəyə hazırlaşmağı əmr edib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə İsrailin “Kanal 14” televiziyasına müsahibəsində bildirib.

“Mən İsrail ordusuna atəşkəsin pozulacağı təqdirdə Livanda genişmiqyaslı müharibəyə hazırlaşmağı əmr etdim. Əgər atəşkəs razılaşması pozularsa, biz tammiqyaslı müharibəyə keçəcəyik”, - deyə Baş nazir bəyan edib.

Xatırladaq ki, noyabrın 27-də İsrail və Livanın “Hizbullah” hərəkatı arasında atəşkəs razılaşması qüvvəyə minib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью