Icma.az, Axar.az portalına istinadən məlumat verir. Dünyada yeni oyun qaydaları bərqərar olacaq, yeni “Podstam”, “Yalta”, “Helsinki” baş tut
Bu sürəcdə ən vacib məsələ odur ki, Cənubi Qafqazda hər 3 respublika eyni cərgədə, səfdə yer alsın.
Əgər elə olmasa, Cənubi Qafqazda sabitlik, əmin-amanlıq, sülh mümkün olmayacaq.
Axar.az xəbər verir ki, bu sözləri ReAL sədri Natiq Cəfərli qeyd edib.
O bildirib ki, əgər yeni düzəndə ABŞ və Rusiya eyni cərgədə yer alsa (təəccüblənməyin, hətta bu ehtimal da var – hər ikisi Çinə və İrana qarşı olan cərgədə yer ala bilər), bölgəmizdə qarşıdurma açıq yox, gizli gedəcək: “Yox əgər ABŞ və Rusiya fərqli cəbhələrdə yer alıb, möhkəmlənib, koalisiyalar qurmağa davam etsələr, o zaman Cənubi Qafqaz yeni, daha kəskin qarşıdurma məkanına çevriləcək ki, buna yol vermək olmaz.
Dünən Rusiya və İran strateji müttəfiqlik müqaviləsi bağladı, bu sənədin iki mənası var: əgər Rusiya ABŞ-la anlaşsa, həmən İranı satacaq və ya, İran ABŞ-la anlaşsa, Rusiyanı satışa çıxaracaq.
Yox əgər hər ikisi ABŞ-la anlaşa bilməsə, “biz müttəfiqik” deyib, səf tutacaqlar.
Azərbaycan Cənubi Qafqazda yönünü açıq və sənədlərlə bəlli edən yeganə ölkədir – Türkiyə ilə strateji müttəfiqlik, hərbi-siyasi, iqtisadi inteqrasiya, məsələlərə və problemlərə birgə baxış.