Əgər belə bir məşqçini tənqid edirlərsə, o zaman digərləri nə hiss etməlidir?

19.04.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Atletik"in baş məşqçisi Ernesto Valverde Karlo Ançelottiyə ünvanlanan tənqidlərə münasibət bildirib.

Sportal.az xəbər verir ki, La Liqanın 32-ci turunda sabah “Real”la qarşılaşacaq Bilbao klubunun baş məşqçisi bunları qeyd edib:

"Ötən il o, həm Çempionlar Liqasını, həm də La Liqanı qazandı, neçə Superkuboku olduğunu isə bilmirəm. Əgər belə bir məşqçini tənqid edirlərsə, o zaman digərləri nə hiss etməlidir?-bilmirəm."

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью