Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ənənəvi iş həyatının ayrılmaz hissəsi olan qalstukun beyinə gedən qan axınını azalda biləcəyi aşkarlanıb.
Milli.Az hit.az-a istinadən xəbər verir ki, yeni tədqiqatlar bu vəziyyətin bəzi sağlamlıq problemlərinə səbəb ola biləcəyinə diqqət çəkir.
Qalstuklar uzun illərdir ki, iş dünyasının və rəsmi tədbirlərin ayrılmaz hissəsi kimi peşəkarlıq və tərz simvolu qəbul edilir.
Lakin son tədqiqatlar qalstuk taxmağın sağlamlıq üzərində düşündürücü bir təsiri də ola biləcəyini göstərir.
2018-ci ildə dərc edilən bir araşdırma, qalstukun boyundakı qan axınını məhdudlaşdıraraq beynin kifayət qədər oksigenlənməsinin qarşısını ala biləcəyini ortaya qoyub.
Bu vəziyyət bəzi insanlarda baş ağrısı, başgicəllənmə və ürəkbulanma kimi narahatlıqlara səbəb ola bilər.
Qalstukdan istifadə Çinin Qin sülaləsi dövrünə qədər uzanır.