Əgər bir dövlət strategiyası 10 il ərzində konkret nəticə vermirsə... Təhsil eksperti | Ic…
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Deputat Əli Məsimli parlamentin ötən iclasında çıxışı zamanı bildirib ki, Azərbaycanda 10 il qabaq qəbul edilmiş elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb.
Redaktor.az-a açıqlamasında təhsil eksperti Rizvan Fiktrətoğlu bildirdi ki, millət vəkilinin qaldırdığı bu məsələ cəmiyyət və ictimaiyyət üçün ciddi siqnal xarakteri daşıyır.
"Onun parlamentin növbədənkənar sessiyasında səsləndirdiyi fikirlər elm və təhsil sahəsindəki problemlərin uzunmüddətli və sistemli xarakter daşıdığını ortaya qoyub.
Strategiyanın inkişaf etdirilməsi məsələsinə mən özüm də toxunum.
Əgər bir dövlət strategiyası 10 il ərzində konkret nəticə vermirsə, bu zaman əsas iki məsələ ortaya çıxır: ya sənəd reallıqdan uzaq, formal xarakter daşıyır, yəni praktik həyata keçməsi mümkün olmayan tezislərlə doludur, ya da icra mexanizmləri zəifdir, vəsait ayrılmır və ya ayrılan vəsait düzgün sərf olunmur, koordinasiya işləri aparılmır, məsuliyyət daşıyan qurumlar effektiv fəaliyyət göstərmir və s.
10 il ərzində bu sahədə irəliləyiş olmayıbsa, təhsilin maddi-texniki bazasının qeyri-bərabərliyi ortaya çıxır".
Ekspert qeyd etdi ki, ali təhsil ocaqlarında elm və tədqiqatın zəif təşkili, məktəblərdə metodika və dərslik problemi, eləcə də beynəlxalq reytinqlərdə Azərbaycan universitetlərinin zəif reytinqi kimi məsələləri də bu zaman ortaya çıxır.
Tam oxu
Xəbəri oxu