GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
“Bilirsiniz ki, əgər biz müharibəyə qoşulsaq, ölkələri bombalayacağıq. Əlbəttə, müharibələrdə iştirak etməmək yaxşıdır”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp Yaponiya səfərində çıxış edərkən deyib.
“Keçmiş administrasiyalardan fərqli olaraq, biz siyasətdə korrekt olmayacağıq. Yəni sözümüzü dolandırmadan, birbaşa deyəcəyik. Ölkəmizi lazım olan hər vasitə ilə müdafiə edəcəyik və adətən bu vasitə korrekt olmur”, — ABŞ lideri əlavə edib.
O vurğulayıb ki, ABŞ Hərbi-Dəniz Qüvvələri və onların təchizatı dünyada bərabəri olmayan səviyyədədir və düşmənin hər hansı hərbi texnikasını “tamamilə məhv edəcəyini” vəd edib.
Safura Bənnayeva
Globalinfo.az