“Əgər bu baş verərsə, Rusiya ilə NATO arasında müharibə qaçılmaz olacaq”

15.09.2025

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Əgər Ukrayna ərazisi üzərində uçuşa qadağa zonası yaradılarsa, bu, NATO ilə Rusiya arasında müharibənin başlanması demək olacaq”.

Missiya.Az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “Teleqram” kanalında yazıb.

"Kiyevin və digər axmaqların Ukrayna üzərində uçuşa qadağa zonası yaratmaq və NATO ölkələrinin bizim PUA-ları vura bilməsi ilə bağlı təxribatçı ideyasının həyata keçirilməsi yalnız bir şey deməkdir - NATO ilə Rusiya arasında müharibə", - deyə siyasətçi vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью