“Əgər Əliyev sənədi imzalayıbsa, deməli, tələbləri yerinə yetirilib”

15.08.2025

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

“Dəhliz verilmişdir. Hər şey öz adı ilə adlandırılmalıdır”.

Tribunainfo.az xəbər verir ki, bunu  erməni hərbi ekspert David Camalyan deyib.

O qeyd edib ki, bu məsələdə narazılıq etməyin yeri yoxdur. “Əgər Azərbaycan nəqliyyatı Ermənistanda gömrük rəsmiləşdirilməsindən keçməzsə, Ermənistan sərhəd xidməti ölkəyə daxil olan Azərbaycan daşıyıcılarının sənədlərini yoxlamırsa, bu artıq dəhlizdir”.

Camalyan deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev heç vaxt mənafeyi təmin olunmayan sənədə imza atmaz. “Əgər Əliyev bu sənədi imzalayıbsa, deməli, onun bütün tələbləri yerinə yetirilib”.

Fərda Uğur

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью