Əgər min erməni azad olunmuş ərazilərə qayıdacaqsa, elə o qədər azərbaycanlı da Qərbi Azərbaycana qayıtmalıdır Fazil Mustafa

02.12.2024

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənilər Qarabağa geri dönüşlə bağlı Azərbaycana təzyiq göstərmək istəyirlər.

Hurriyyet.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentdə keçirilən "Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış" mövzusunda dinləmədə deyib.

O qeyd edib ki, ermənilərin bu istəyi təmin edilərsə, mütləq qarşılıqlı şərtləri olmalıdır:

"Biz elə etməliyik ki, Qarabağa bir erməni qayıdırsa, Qərbi Azərbaycana da bir azərbaycanlı qayıtsın. Əgər min erməni azad olunmuş ərazilərə qayıdacaqsa, min azərbaycanlı da Qərbi Azərbaycana qayıtmalıdır. Beynəlxalq platformalarda bu alternativ şərtlər qaldırılmalıdır".

Sonxeber.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью