Əgər Rusiya bu təkliflə razılaşmasa... AB nin yeni hədəfi

11.05.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropanın Ukraynadakı müttəfiqləri Rusiyanı yeni sanksiyalarla hədələyiblər. Xüsusilə, əgər Kreml 30 günlük atəşkəsə razı olmasa, Rusiya ilə Almaniyanı birləşdirən Şimal axını-2 qaz kəmərinin bloklanması gündəmdədir.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Avropa Birliyinin nümayəndələrinin sözlərinə görə, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bu sanksiya ideyasını Almaniyanın yeni kansleri Fridrix Merzlə cümə günü Brüsseldə müzakirə edib.

Bildirilir ki, bu addımın atılması üçün AB-yə üzv bütün dövlətlərin dəstəyi tələb olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью