Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq

15.11.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Rusiya yeni “Rassvet” peyk rabitə şəbəkəsini istifadəyə verərsə, bu, Ukrayna üçün ciddi problemə çevrilə bilər.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 20-ci ayrı pilotsuz sistemlər briqadasının komandiri, polkovnik Kirill Veres bildirib.

“Ümid edirəm və arzulayıram ki, xüsusi xidmət orqanlarımızdan hansısa biri elə bir yol tapacaq ki, nəsə sıradan çıxsın, ya havaya qalxa bilməsin, ya da partlasın”, – deyə hərbçi bildirib.

Veres ABŞ-ın Ukrayna Müdafiə Qüvvələri üçün “Starlink” peyk rabitəsinə tətbiq etdiyi sürət məhdudiyyətlərini də şərh edib. Onun sözlərinə görə, bu addım Ukraynanı alternativ texnologiyalar barədə düşünməyə vadar edib:

“Biz həmişə hava soyuq olanda və gecikəndə düşünməyə başlayırıq. Mənfi 20 dərəcə şaxtada şalvarsız qalanda ağlımıza gəlir ki, nəsə etməliyik. İndi düşünürük və işləyirik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью