“Əgər sübut təsdiqlənərsə, bu nəticə suyun...”

10.09.2026

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

““OpenAI” süni intellekt agentlərinin riyaziyyatın ən məşhur açıq suallarından birini — Navye–Stoks tənliklərinin mövcudluq və hamarlıq problemini həll edən sübut hazırladığını açıqlayıb; lakin nəticə hələ müstəqil ekspertlər və Clay Riyaziyyat İnstitutu tərəfindən rəsmən təsdiqlənməyib”. 

Adalet.az xəbər verir ki, bunu tanınmış telejurnalist İbrahim Nəbioğlu deyib. 

O, bildirib ki, bu tənliklər suyun, havanın və başqa maye-qaz axınlarının necə hərəkət etdiyini təsvir edir:

“Məsələ 2000-ci ildə Clay İnstitutunun seçdiyi yeddi böyük riyazi sualdan biri olduğu və düzgün həllinə bir milyon dollar mükafat qoyulduğu üçün “Minilliyin problemi” adlanır. Riyaziyyatçılar onilliklərdir soruşurdular: hamar başlayan üçölçülü axın həmişə hamar qalır, yoxsa müəyyən anda tənliklərin idarə edə bilmədiyi bir sinqulyarlıq yaranır? Sinqulyarlıq o deməkdir ki, sürət və ya burulğanlıq kimi bir kəmiyyət sonlu zaman ərzində nəzəri olaraq sonsuzluğa yüksəlir və riyazi model həmin nöqtədə “partlayır”. OpenAI-nin irəli sürdüyü isbat məhz belə bir sonlu-zaman sinqulyarlığının mümkün olduğunu göstərir. Əgər sübut təsdiqlənərsə, bu nəticə suyun həqiqətən sonsuz sürətə çatdığını deyil, klassik tənliklərin müəyyən ekstremal şəraitdə hansı riyazi sərhədə dirəndiyini göstərəcək. Bəşəriyyət üçün əsas qazanc dərhal daha yaxşı təyyarə və ya hava proqnozu deyil, turbulentliyin mahiyyətini anlamağa aparan yeni riyazi üsulların yaranması və süni intellektin artıq elmin ən çətin problemlərində də yeni bilik istehsal edə bildiyinin nümayişidir”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью