Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Heyət Təhrir əş-Şam" və Suriya müxalifəti BƏƏS rejimini devirərək hakimiyyəti ələ keçirsələr də, Suriya hələ də ölkə daxilindəki terror təşkilatlarından və müxtəlif dövlət güclərindən azad edilməyib.
Axar.az xəbər verir ki, bu barədə “Yeni Şəfəq” qəzetinin yazarı Əli Saydam bildirib.
O, Suriya hökuməti və xalqının azadlıq əldə etməsi üçün atılması lazım olan addımları sayıb: "Suriyanın şimalında yerləşən YPG və PKK terror təşkilatları Menbiç və Tel-Rıfat kimi vilayətlərdən təmizlənib.
ABŞ rəhbərliyi bölgədən çəkilsə, YPG və PKK-ya yardımlarını dayandırsa, terror təşkilatları da silahlarını yerə qoymağa razılaşarsa, o zaman Suriyanın bərpası istiqamətində böyük addım atılacaq.
İsrail hökumətinin əsrlər boyu vurğuladığı “Vəd edilmiş torpaq” ideologiyasından əl çəkərsə, Suriya xalqının ərazi bütövlüyü təmin olunacaq.
Tramp vəzifəyə başlamazdan əvvəl Suriya problemləri ilə bağlı açıqlama verərək “Suriya məsələləri bizə aid deyil” deyib.
Əgər Tramp vədinə xilaf çıxsa və yenidən Suriyada gərginlik yaradan ifadələr işlətsə, bölgədə yenidən qarışıqlığın yaranması ehtimalı yüksəkdir.